"Android” sistemi üçün alternativ nömrəyığan istifadəyə verilib

"Android” sistemi üçün alternativ nömrəyığan istifadəyə verilib
17:36 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti “Android” əməliyyat sistemi üçün alternativ “Hello” nömrəyığma əlavəsini istifadəyə verib.

Yeni əlavə sosial şəbəkə ilə sıx şəkildə bağlıdır. Belə ki, “Facebook” hesabından daxil olan istifadəçi dostunun telefon nömrəsi qurğunun kontaktlar siyahısında olmasa belə ona zəng edə biləcək.  
 
“Facebook Hello” mobil qoşulma olmadan zəng etməyə imkan verməklə yanaşı, “Messenger” vasitəsilə yazışmağa imkan verir. Həmçinin kimin sizə zəng etdiyini görmək (abunəçinin adı ünvan kitabçasında olmayanda da görünür), arzuolunmaz zəngləri avtomatik bloklamaq, digər əlavəyə keçmədən sosial şəbəkədə adamlar və yerlər axtarmaq mümkündür. “Hello — Caller ID & Blocking” əlavəsini “Google Play” əlavələr mağazasından yükləmək olar, - “Vesti”  yazır. 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36379-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR