Play Store

Məleykə Əsədova 48 yaşında nə arzuladı ? - fotolar

Məleykə Əsədova 48 yaşında nə arzuladı ? -  fotolar
16:41 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Məleykə Əsədovanın ad günüdür.

48 yaşı tamam olan aktrisa təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb.

O, ilk təbriki sevənlərindən aldığını bildirib:

“Qızım da neçə gündür məni təbrik edir. Hər gün tezdən durub məktub yazır, ürək şəkilləri çəkir. O qədər təbrik gəlib ki... Mənim üçün ən dəyərlisi qızımın etdiyidir. Özəl hədiyyə gözləmirəm, bahalını isə qəbul etmirəm. Gözəl hədiyyə elə güldür. Çoxlu çiçək və tort gəlib. Ad günümü restoranların birində, ailəmin və yaxın dostlarımın əhatəsində qeyd edəcəm”.

M.Əsədova yaşının artmasından qorxmadığını bildirib:

“Allah mənə qocalıq nəsib etsin. Günü-gündən gözəlləşməyim də ona görədir ki, daxili hisslərim üzümə vurub. Bu gözəllik qalıcı deyil. Əsas gözəllik insanın daxilindədir. Bu gün 48 yaşım tamam olur. Heç kimdən gizlətmirəm və yaşımla fəxr edirəm. Allah mənə 58, 70, 80 yaş qismət eləsin. Nəvələrimi, onların toyunu görüm. Mən yaşamaq eşqi ilə yaşayan insanam. Allah verən ömrü biz yaşamalıyıq”.

Foto: Ramin ASLANOV











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR