Sərhədlərlə bağlı mühüm iclas

Sərhədlərlə bağlı mühüm iclas
17:41 23 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.

XİN-dən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının Sədri Xələf Xələfov rəhbərlik edib.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib və iclasın yekunu olaraq Protokol imzalanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=339950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR