Bakıda işlər sürətlənib (FOTO)

Bakıda işlər sürətlənib (FOTO)
17:41 23 Aprel 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev prospektində təmir-abadlıq işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat ximətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verilən məlumata görə, I Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Onun sözlərinə görə, bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

"Artıq Heydər Əliyev prospekti əsas yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Yolda yeni asfalt-beton örtüyü salınıb. Ayırıcı zolaqlarda səki daşları qoyulub. Tamet daşları döşənib. İşıq dirəkləri rənglənib. Həmçinin zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub. Yeni yağış barmaqlıqları yerləşdirilib. Kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib", - deyə Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.

"Hazırda Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsi təmir işlərilə əlaqədar nəqliyyat vasitələri üşün bağlıdır. Yan yolda da anoloji işlər həyata keçirilir. Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir. Səki daşları dəyişdirilir, səkilərə tamet daşları döşənir, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur. Yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında yaşıllıq zonası salınır", - deyə A.Nəcəfli vurğulayıb.

Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulur.

Təmirə bağlanmış yolda işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində işlərin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə Heydər Əliyev prospektinin digər yan yolu, Ekologiya və Təbii Sərvətlər nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.

Qeyd edək ki, həyata keçirilən təmir və abadlıq işlərindən sonra Heydər Əliyev prospektinin görkəmi tamamilə dəyişəcək.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=339954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR