Bakıda yol işığı həyat işığını söndürə bilərdi - VİDEO

Bakıda yol işığı həyat işığını söndürə bilərdi - VİDEO
08:17 13 Yanvar 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda son bir həftədə eyni ərazidə insan həyatına iki dəfə təhlükə yaradacaq hadisə baş verib  
Milli.Az xəbər verir ki, Bakının dairəvi yolunda son bir həftədə iki işıq dirəyi aşıb.

Birinci dirək 4 gün öncə yıxılıb, digər hadisə isə ötən gecə baş verib. Onlardan ən təhlükəlisi isə ötən gecə baş verəni olub. Belə ki, adıçəkilən yol ilə hərəkət edən avtomobilin qarşısına aşan dirək sürücünün həyatına son qoya bilərdi.

Bir neçə saniyə içində baş verən hadisədə sürücü özünü itirməyərək qəzadan xilas ola bilib. Hadisə avtomobildə quraşdırılan avtoregistratorun anbaan videokamerasına düşüb.

Görüntüləri saytımıza yollayan şəxs məsələnin araşdırılmasını istəyib. Hadisə ilə bağlı Milli.Az-a açıqlama verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, işıq dirəyi özü-özünə aşmayıb.

"Son bir həftədə adıçəkilən yolda iki ədəd işıq dirəyi aşıb. Görünür, hadisəyə səbəb hansısa avtomobilin həmin dirəklərə çırpılması olub.

Qəzalı şəraitdə olan dirəklər isə küləyə tab gətirməyərək aşıblar" - Pünhan Mürsəliyev bildirib.

Ceyhun Ələkbərov
Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Video: Sübhan Bağırov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR