Play Store

Azərbaycanda ermənilərin saxtakarlığını sübut edən iki kitab işıq üzü gördü

16:53 23 Aprel 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dillər Universitetində (ADU) tarixçi, rəssam Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Milli Məclisin deputatı Musa Qasımlının “Erməni məsələsindən erməni soyqırımına: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov həm Azərbaycanı, həm də Türkiyəni “soyqırım”la hədələyən ermənilərin “soyqırım” iddiaları ilə həmişə gündəmə gəlməyə çalışdıqlarını vurğulayıb.

Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi Rahil Nəcəfov bildirdi ki, kitabda erməni xalqının vahid vətəni olmadığı, əslində “erməni soyqırımı” yox, ermənilərin törətdiyi soyqırımların olduğu əksini tapıb.

Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin ildönümünün qeyd ediləcəyi, ermənilərin isə qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı tədbir keçirəcəyini xatırladan Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev ermənilərin uydurma “soyqırım”la bağlı 3 min kitab nəşr etdirdiyini nəzərə çatdırdı. O, bizim də bu iddianın əsassızlığını sübut etmək üçün 3 mindən artıq kitab nəşr etdirməli olduğumuzu vurğuladı. S.Alıyev bu gün təqdimatı keçirilən kitabların daha çox Asiya ölkələrində yayılmasını zəruri saydı.

Təqdimat mərasimindən sonra "ASAN xidmət"in sifarişi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun hazırladığı “Çanaqqala 100: Qardaş Köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin də nümayişi keçirildi.

Milli Məclisin deputatı Əli Hüseynli çıxışında bildirdi ki, Çanaqqala savaşı Birinci Dünya Müharibəsinin ən önəmli hadisələrindəndir. Belə tarixi şəraitdə Osmanlının yeganə çıxış yolunun savaşmaq olduğunu söyləyən Ə.Hüseynli o zaman Türkiyənin ən işıqlı insanları olan Ənvər Paşa, Camal Paşa və s. kimi insanların bu döyüşlərdə savaşdıqlarını xatırlatdı. Döyüşdə azərbaycanlıların da türk qardaşlarına kömək etdiyini söyləyən Ə.Hüseynli onlardan kimisinin müharibəyə qoşulduğunu, kimisinin də neft və ərzaq yardımı ilə kömək əlini uzatdığını dilə gətirdi. Bunun nəticəsində Çanaqalada türklərin zəfər çaldığını və çar rejiminin çökdüyünü söyləyən Milli Məclisin deputatı Bakıda törədilən soyqırımın qarşısının alınmasında da indiki Türkiyə türklərinin öz qardaş köməyini əsirgəmədiyini vurğuladı.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək gələcək nəsillər üçün belə layihələri dəstəklədiyini bildirdi. Qondarma soyqırımı tanıyan dövlətlərdə siyasi maraqların mövcud olduğunu bildirən R.Abbasov buna baxmayaraq zamanla həqiqətin qalib gəldiyini vurğuladı. Tarixi faktları kitablar, video və foto, həmçinin musiqi vasitəsilə nəsildən-nəsilə ötürmək lazım olduğunu dedi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR