Azərbaycanda immunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək

Azərbaycanda immunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək
17:53 23 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Valideynlər uşaqlara peyvəndin vurulması barədə “Elektron sağlamlıq kartı”nda əks olunan məlumatları asanlıqla əldə edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) immunoprofilaktika pasportlarının yeni sisteminin istifadəsinə dair keçirilən təlimdə səslənib.
Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) “Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimdə bildirilib ki, immunoprofilaktika pasportlarının yeni sisteminin istifadəyə verilməsində məqsəd uşaqlara vurulan peyvəndlərlə bağlı məlumatların mərkəzləşdirilmiş formada daxil edilməsidir.
Qeyd olunub ki, immunoprofilaktika pasportlarının yeni sistemi valideynlərə uşaqlara peyvəndin vurulması barədə “Elektron sağlamlıq kartı”nda əks olunan məlumatları asanlıqla əldə etməyə imkan yaradacaq. Hazırlanmış “İmmunizasiya pasportu” kartları da valideynlər üçün məlumat kitabçası rolunu oynayacaq.
Müzakirələrdə uşaq poliklinikalarında peyvəndlə bağlı məlumatın daxil edilməsi zamanı rast gəlinən çətinliklərdən söhbət açıldı, Problemin həlli məqsədilə təklif və tövsiyələr dinlənildi.
Təlimdə ilkin səhiyyə müəssisələrinin, statistika xidmətlərinin kompyuter operatorları, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_immunoprofilaktika_pasportlarinin_yeni_sistemi_istifadeye_verilecek-849118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR