Heydər Əliyev prospektinin bir hissəsində təmir işləri yaxın günlərdə başa çatdırılacaq

Heydər Əliyev prospektinin bir hissəsində təmir işləri yaxın günlərdə başa çatdırılacaq
17:53 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
hazırda yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir və səki daşları dəyişdirilir.
Bundan əlavə, zəruri yerlərdə kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında isə yaşıllıq zonası salınır.
Təmir işləri başa çatandan sonra Heydər Əliyev prospektinin digər bir hissəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından metronun “Koroğlu” stansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_prospektinin_bir_hissesinde_temir_isleri_yaxin_gunlerde_basa_chatdirilacaq-849119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR