​Türkiyə XİN başçısı: "Parlamentlər tarixi məsələlərlə bağlı qərar qəbul edə bilməz"

​Türkiyə XİN başçısı: "Parlamentlər tarixi məsələlərlə bağlı qərar qəbul edə bilməz"
17:57 23 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ "Parlamentlər tarixi məsələlərlə bağlı qərar qəbul edə bilməz". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Sebastyan Kurtsla telefon danışığı zamanı bildirib.
M.Çavuşoğlu qeyd edib ki, Avstriya parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd iki ölkə arasında arzuolunmaz vəziyyətin yaranması ilə nəticələnə bilər.
Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya parlamentinin bu qərarı ilə bağlı etiraz bəyantı yayıb: "Avstriya parlamentinin son qərarı tarixi həqiqətlərə ziddir. Türkiyəni və türk xalqını hansısa cinayətlərdə ittiham etmək tamamiilə əsassızdır. Avstriyanın Ankaradaki səfirinə məsələ ilə bağlı qəti mövqe bildirilib və qeyd olunub ki, sözü gedən qərar Türkiyə-Avstriya dostluğuna ciddi xələl gətirəcək. Bununla belə Türkiyənin Vyanadaki səfiri Hasan Gügeşin Ankaraya geri çağırılması qərara alınıb".
Qeyd edək ki, bu gün səfir vəzifəsinin icrasını davam etdirmək üçün Hasan Gökgeuşe Vyanya dönüb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-xi-n-bascisi-parlamentler-tarixi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR