Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh ölkəni tərk edib

Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh ölkəni tərk edib
17:58 23 Aprel 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh ölkəni tərk edərək, ehtimallara görə, Birləşmiş Ştatlara yollanıb. Bu barədə aprelin 23-də Əl-Ərəbiyə telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir neçə gün öncə Saleh çıxış edərək ölkəni tərk etmək fikrində olmadığını demişdi.
Vaşinqton hələlik bu informasiyanı və Yəmənin keçmiş prezidenti tərəfindən ABŞ-a daxil olmaq üçün viza alınmasını rəsmən təsdiq etməyib.
Xatırladaq ki, 73 yaşlı Əli Abdullah Saleh Yəmən əhalisinin 48 faizini təşkil edən zeydi-şiələri icmasına daxildir. 2006-2010-cu illərdə o, “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarına qarşı hərbi əməliyyatlar aparıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemenin_kechmis_prezidenti_Ali_Abdullah_Saleh_olkeni_terk_edib-849125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR