Ali məktəblər qarşısında qoyulan tələbələr yeni yanaşmalar tələbə edir

Ali məktəblər qarşısında qoyulan tələbələr yeni yanaşmalar tələbə edir
17:58 23 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbə elmi cəmiyyətinin IX konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfransda filialın direktoru Rasim Şükürov bildirib ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği bütün dövrlər üçün aktual olub və gələcəkdə də aktual olaraq qalacaq. Son dövrlər gənclərin elmə, təhsilə marağının daha da artması Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Təhsil sahəsində aparılan uğurlu islahatlar Azərbaycanın təhsil sistemində yeni bir dövrün başlanmasından xəbər verir. Bu gün ali məktəblər qarşısında qoyulan tələbələr yeni yanaşmalar tələbə edir. Hər bir ali təhsil müəssisəsi öz fəaliyyətini artıq təkcə nəzəri biliklərin verilməsi ilə məhdudlaşdırmamalı, öyrədilən nəzəri biliklərin həyata keçmə imkanlarını qiymətləndirməlidir.
Konfransda “Tarixi şəxsiyyət, əbədiyaşar lider”, “Folklor, xalqın milli-mənəvi ehtiyacını ödəyən milli sərvətdir” mövzularında məruzələr dinlənilib, Ulu Öndərə həsr olunan video-çarx nümayiş etdirilib.
Konfrans öz işini bölmələrdə davam etdirib, 5 istiqamət üzrə 78 elmi məruzə dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_mektebler_qarsisinda_qoyulan_telebeler_yeni_yanasmalar_telebe_edir-849122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR