​"Bakı 2015" Böyük Britaniyanın 5 telekanalı ilə yayımlanacaq

​"Bakı 2015" Böyük Britaniyanın 5 telekanalı ilə yayımlanacaq
18:02 23 Aprel 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. RPEORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Böyük Britaniyada nümayişi ilə bağlı yayım müqaviləsi imzalanıb. "Report"un məlumatına görə, Oyunların gündəlik yayımı "BT Sport" televiziya şirkətinin 3 idman kanalı, "BT Sport Extra" və rəqəmsal platformalar vasitəsilə təmin olunacaq.
"BT Sport" artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil edir. Bundan başqa kanal növbəti mövsümdən futbol üzrə Çempionlar Liqasının yayım hüququnu alıb. 
Qeyd edək ki, bunadək "Bakı 2015" ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də digər Avropa teleşirkətləri ilə yayım müqavilələri imzalayıb. I Avropa Oyunlarında Böyük Britaniyanın 150-dək idmançısı mübarizə aparacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/baki-2015/baki-2015-boyuk-britaniya-ile-yayim-muqavilesi-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR