Onun sözlərinə görə, Azərbaycanda analoq sisteminin mövcudluğu dövründə əsasən kişilərin sayı daha çox üstünlük təşkil edirdi, lakin artıq rəqəmsal sistemə keçid informasiya texnologiyaları sahəsində çalışan qadınların sayının xeyli artmasına səbəb olub.
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də rəhbər vəzifələrdə çalışan qadınlar var. Bundan başqa, İKT sahəsindəki qadınların sayı əsasən poçt bölməsində 60%-dən yüksəkdir, habelə ATS-in abunə, sorğu bölmələrində isə bu rəqəm 90%-i aşır. Lakin İKT sahəsi tərəqqi etdikcə bu sektora meyl göstərən qadınların da sayı artır", - deyə İ.Məmmədov qeyd edib.
Nazir müavini çıxışı zamanı ümumilikdə ölkənin İKT sahəsindəki görülən işlərdən danışıb və bildirib ki, Azərbaycan MDB-də vahid nömrələmə şəbəkəsinə keçid edən ilk iki ölkədən biridir: "2013-cü ildə Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxıb. Hazırda isə ikinci telekommunikasiya peykinin tender paketləri açılıb. Tezliklə bu haqda ətraflı məlumat veriləcək. Ölkədə genişzolaqlı "Hər evə optika" layihəsi həyata keçirilir. Onun böyük hissəsi Bakıda reallaşdırılıb, regionlar üçün hazırda təkliflər hazırlanır. Bir sözlə, dövlət bi sahəyə qadınların cəlb olunması üçün şərait yaradır".