Bakıda avtobuslar toqquşdu

Bakıda avtobuslar toqquşdu
18:06 23 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə "Montin" adlanan ərazidə qeydə alınıb.

"Həmin ərazidə 14 saylı sərnişin avtobusu gedərkən "Mercedes" markalı minik maşını ona çırpılıb. Qəzadan sonra avtobusun sürücüsü avtobusdan düşüb və minik maşınının sürücüsü ilə mübahisəyə başlayıb. Bu zaman digər 14 saylı sərnişin avtobusu gəlib və dönmə əməliyyatını yerinə yetirərkən dayanan avtobusa dəyib", - deyə Vüqar İbrahimli bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində xəsarət alan olmayıb. Sadəcə avtobuslara və maşına yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR