Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı fənlərin sayının azaldılması təklif olunur

18:07 23 Aprel 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:01 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Təhsil Problemləri İnstitutunda “12 illik təhsilin struktur və məzmun məsələləri” mövzusunda tədbir keçirilib.

 

İnstitutun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, direktor müavini Ənvər Abbasov i təhsil haqqında vacib olan məsələlərə toxunaraq qanunlarda qeyd olunan bəndlər barədə geniş məlumat verib. 

 

Təqdimatla çıxış edən institutun ümumi təhsil və məktəbdənkənar təhsilin şöbə müdiri Bibixanım İbadova apardıqları araşdırmalarından söhbət açıb. Onun sözlərinə görə, aparılan sorğulardan və öncədən keçirilmiş görüşlərin nəticələrindən belə məlum olub ki, əksər təhsil işçiləri ümumi təhsilin səviyyələri üçün təklif olunan strukturun 4+6+2 olmasını dəstəkləyib. Beynəlxalq təcrübənin öyrənilməsində 59 ölkənin təhsil sisteminin strukturu araşdırılıb.

 

Təqdimat zamanı məlum olub ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 11-dir. Təklif olunur ki, fənlərin sayı azaldılsın və riyaziyyat fənni ilə informatika inteqrativ bir fənn kimi birlikdə keçirilsin. Ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı hazırda 17-dir. Təklif olunur ki, burada da fənnlərin bir neçəsi birləşsin və ümumi fənn sayı 13-ə endirilsin. Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı isə hazırda 14-dür. Təklif olunur ki, əsas fənnlərin sayı 9 olsun. Təmayüllər üzrə istiqamətlərdə isə Humanitar (Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Xarici dil), Texniki (Riyaziyyat, informatika, fizika), Təbiət elmləri (Fizika, Kimya, Coğrafiya, Biologiya) və digər istiqamətlər üzrə fənnlərin sayının azaldılması da təklif olunur.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR