Əlağa Şıxlinskinin məzarı önündə anma tədbiri keçirilib

Əlağa Şıxlinskinin məzarı önündə anma tədbiri keçirilib
18:07 23 Aprel 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:00 ]


Bakı. Ağa Cəfərli-APA. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görkəmli hərbi xadim general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu tədbirlər silsiləsinin davamı olaraq aprelin 23-də böyük sərkərdə general Ə.Şıxlinskinin Yasamal qəbiristanlığındakı məzarı önündə anma tədbiri keçirilib.

 

Tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup zabiti, Şıxlinskilər nəslinin nümayəndələri və digər şəxslər iştirak edib.

 

General Ə.Şıxlinskinin xatirəsini yad etmək məqsədilə fəxri qarovul düzülərək onun məzarı önünə əklil və gül dəstələri qoyulub.

 

Sonra müdafiə nazirinin müavini general-leytenant K.Vəliyev çıxış edərək bildirib ki, tanınmış hərbi xadimin 150 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti cənab İ.Əliyevın sərəncamına əsasən Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.

 

Yubiley tədbirlərinin keçirilməsi fevral ayında generalın doğma yurdu Qazaxdan başlayıb. Görkəmli sərkərdənin dünya hərb nəzəriyyəsində - artilleriya elmindəki kəşfləri, XX əsr müharibələrində, cəbhələrdə qazandığı təcrübələrinə əsaslanaraq 1918-ci ildə müstəqil Azərbaycan Ordusunun yaranmasında və formalaşmasındakı fəaliyyəti xalqımızın yaddaşında həmişə qalacaq. Bu gün də onun hərb elminə - artilleriya elminə gətirdiyi yeniliklər, kəşflər xüsusi əhəmiyyəti baxımdan orduda tətbiq olunur. Generalın keçdiyi ömür yolu hər kəsə örnəkdir.

 

Şıxlinskilər nəslinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək, sərəncamla bağlı, keçirilən təntənəli yubiley tədbirləri ilə əlaqədar prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova minnətdarlığını ifadə edib.

 

Sonda yekun yubiley tədbirinin sentyabr ayında Bakının erməni-bolşevik daşnak qüvvələrindən azad olunduğu gündə keçiriləcəyi diqqətə çatdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR