Türkiyə Silahlı Qüvvələri 1915-ci il arxivlərini açıblar

Türkiyə Silahlı Qüvvələri 1915-ci il arxivlərini açıblar
18:08 23 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Silahlı Qüvvələri 1915-ci ilin hərbi arxivlərini açıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, açılmış sənədlərdən məlum olur ki, Türkiyə ermənilərin ölkə daxilində köçürülməsi zamanı onların təhlükəsizliyinə xüsusi diqqət ayırıb.

Sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə yetiriblər.

Qeyd etmək lazımdır ki, 1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə teleqram göndərmişdi: “Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?” (orijinal mətndən sözbəsöz tərcümə). Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərari imiş.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2387329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR