Şəmkirdə Vüqar Həşimovun xatirə turnirinin altıncı turunun oyunları başlanır

Şəmkirdə Vüqar Həşimovun xatirə turnirinin altıncı turunun oyunları başlanır
18:13 23 Aprel 2015
91 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 23 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2015” beynəlxalq turnirin 6-cı turunun oyunları başlanır.
AZƏRTAC xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen beşinci turda fransız Maksim Vaşye-Laqravı məğlub edərək liderliyi ələ alıb. Bundan əvvəl liderlik edən amerikalı Uesli So hindistanlı Vişvanatan Ananda uduzub. Şəhriyar Məmmədov sabiq dünya çempionu Vladimir Kramnika qalib gəlb. Digər görüşlər heç-heçə nəticələnib. Beşinci turun oyunlarından sonra turnir cədvəlində birinci yeri 4 xalla Maqnus Karlsen tutub. Onun ardınca Uesli So (3,5), rVişvanatan Anand (3 xal), Şəhriyar Məmmədyarov, Vladimir Kramnik (hərəyə 2,5 xal), Maksim Vaşye-Lagrav, Fabiano Karuana, Aniş Giri, Rauf Məmmədov (hərəyə 2 xal), Maykl Adams (1,5 xal) gəlir.
Dünən turnirdə istirahət günü olub. Həmin gün yeddi qrossmeyster - Vişvanatan Anand, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Maykl Adams, Aniş Giri, Maksim Vaşye-Laqrav və Uesli So yerli şahmat məktəbində uşaqlar üçün eyni vaxtlı oyun seansı keçiriblər. Sonra qrossmeysterlərin, KİV nümayəndələrinin və turnir təşkilatçılarının iştirakı ilə futbol yarışı keçirilib. Axşam isə qrossmeysterlərin şərəfinə ziyafət təşkil olunub.
Altıncı turda Aniş Giri (Niderland, 2790) – Maqnus Karlsen (Norveç, 2863), Uesli So (ABŞ, 2788) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2754), Vladimir Kramnik (Rusiya, 2783) – Fabiano Karuana (İtaliya, 2802), Rauf Məmmədov (Azərbaycan, 2651) – Vişvanatan Anand (Hindistan, 2791), Maksim Vaşye-Laqrav (Fransa, 2762) – Maykl Adams (İngiltərə, 2746) arasında görüşlər olacaq.
Vüqar Həşimovun xatirə turniri aprelin 26-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkirde_Vuqar_Hesimovun_xatire_turnirinin_altinci_turunun_oyunlari_baslanir-849136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR