Gənc üzgüçü Sveva Skiazzano “Bakı-2015” ilk Avropa Oyunlarında İtaliyanı təmsil edəcək

Gənc üzgüçü Sveva Skiazzano “Bakı-2015” ilk Avropa Oyunlarında İtaliyanı təmsil edəcək
18:13 23 Aprel 2015
35 İdman
Ölkə mətbuatı
A- A+


Roma, 23 aprel, AZƏRTAC
Gənc üzgüçü Sveva Skiazzano “Bakı-2015” ilk Avropa Oyunlarında İtaliyanı təmsil etmək hüququ qazanıb. 400 və 800 metr məsafələrə sərbəst üsulla üzmədə İtaliya çempionu olan S.Skiazzano son aylarda keçirilmiş turnirlərdə qazandığı yüksək nəticələrə əsasən bu hüquqa layiq görülüb.
On altı yaşlı idmançı və onun məşqçisi Marko Veno bildiriblər ki, hədəflərinə nail olmaq üçün Bakıda keçiriləcək yarışlarda bütün güclərini səfərbər edəcəklər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_uzguchu_Sveva_Skiazzano_Baki_2015_ilk_Avropa_Oyunlarinda_Italiyani_temsil_edecek-849134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR