Azərbaycanda ikibaşlı buzov doğulub (FOTO)

Azərbaycanda ikibaşlı buzov doğulub (FOTO)
08:36 13 Yanvar 2015
244 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda inək ikibaşılı buzov doğub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, anormal doğulan inək balası cəmi bir neçə dəqiqə yaşayıb.

Qeyri-adi hadisə rayonun Sabirabad kəndində Şahbazov Zahirin təsərrüfatında baş verib. Kəndlinin təsərüfatınadakı inəklərdən birinin iki başılı buzov doğması görənlərin təccübünə səbəb olub. 7 ayağı və 2 quyruğu olan inək balası doğulduqdan bir neçə dəqiqə sonra ölüb. İnək balasının qeyri-adiliyi bununla bitmir. Belə ki, onun iki başı olsa da 3 bədəni var, eləcə də onun cinsiyyəti məlum deyil. Buzovun doğulması düz bir gün çəkib. Son anda heyvanın sahibi inəyin tələf olacağından ehtiyatlanaraq baytar həkim cağırmaq məcburiyyətində qalıb.

Baytar həkimin sözlərinə görə buzovun doğuş prosesinə vaxtında müdaxilə olunsaydı onu müəyyən müddətə kimi sağ saxlamaq mükün olardı.

Zahir Şahbazov deyir ki, anormal buzov doğan inək bundan öncə 3 bala verib və onların hamısı sağlam doğulub. Bu onun təsərrüfatında baş verən ilk qeyri-adi hadisədir. Mütəxəsislərin fikrincə dölün belə anormal inkişaf etməsi əksər halda heyvnaların öz törəmələrindən olan əkscinslə cütləşməsindən yaranır. Əksər halda bu kimi anormal bala ya ölü döğulur, ya da çox az yaşadıqdan sonra tələf olurlar.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR