Play Store

Sofiyada Avropa Xәbәr Agentliklәri Alyansının konfransı keçirilir

Sofiyada Avropa Xәbәr Agentliklәri Alyansının konfransı keçirilir
17:17 23 Aprel 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:05 ]


Bakı – APA. Bolqarıstanın paytaxtı Sofiya şәhәrindә Avropa Xәbәr Agentliklәri Alyansının (EANA) vә Bolqarıstanın BTA xәbәr agentliyinin tәşkilatçılığı ilә "Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq" mövzusunda konfrans işə başlayıb.

 

APA-nın məlumatına görə, konfransın açılışında çıxış edәn EANA-nın prezidenti, Böyük Britaniyanın Press Associtaion agentliyinin baş icraçı direktoru Klayv Marşal müasir media qarşısında duran çağırışlardan danışıb. O qeyd edib ki, rәqәmsallaşma dövründә xәbәr agentliklәri sosial medianın sürәtli inkişafı, müәllif hüquqlarının qorunması, rәqәmsal reklam yayımının artması kimi mәsәlәlәrә diqqәt yetirmәlidir.
 

"Storyful" platformasının baş redaktoru Eyn Kerr isə sosial şәbәkәlәrdә yayılan mәlumatları xәbәrә çevirmәk üçün tәtbiq edilәn yeni üsullardan bəhs edib. Onun sözlәrinә görә, sosial mediada insanların paylaşdığı mәlumatları informasiya kimi tәqdim etmәk mümkündür vә yeni yaradılan platformada әn aktual xәbәrlәr toplanır.
 

ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti vә baş redaktoru Lu Ferrara xәbәr toplanması vә bu istiqamәtdә yeni texnologiyaların istifadәsi yollarına diqqәt çәkib, tәmsil etdiyi agentliyin müvafiq tәcrübәsini bölüşüb.
 

Tәdbirdә Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, BBC News-un baş redaktoru İnqa Tordar, Press Association agentliyinin әmәliyyat müdiri Endryu Douset jurnalistikanın yeni istiqamәtlәri, trafikin idarә olunması mәsәlәlәrindәn danışıblar.


Qeyd edək ki, konfransda EANA-nın üzvü olan Azәrbaycan Dövlәt İnformasiya Agentliyinin (AZӘRTAC) baş direktoru Aslan Aslanov vә agentliyin sosial şәbәkәlәr vә informasiya resursları ilә iş şöbәsinin müdiri Elşən Şahbalayev də iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR