Play Store

Türk Ordusundan ermənilərə zərbə

Türk Ordusundan ermənilərə zərbə
17:21 23 Aprel 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə höküməti Silahlı Qüvvələrə aid 1915-ci ilin hərbi arxivlərini açıb.

ANS PRESS-in məlumatına görə, arxiv sənədlərində Osmanlı İmperiyası ermənilərin ölkə daxilində köçürülməsi zamanı onların təhlükəsizliyinə xüsusi diqqət ayırdığı əks olunub.

Həmçinin sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə yetiriblər.

1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə göndərdiyi teleqramda yazılıb: “Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?”.

Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərari imiş.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=339971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR