Su sayğacının filtrindən qurd çıxdı

Su gəlmədiyi üçün sayğacın filtrinə baxmaq qərarına gələn vətəndaş sayğacda bir yığın qurdun toplandığını iddiaedir. Hadisə Kürdəmir rayonunun Atakişili kəndində baş verib. Aidiyyatı qurumlar məsələyə münasibət bildiriblər.

Metbuat.az xəbər verir ki, bu qurdlar su sayğacının filtirindən çıxıb. Kürdəmir rayonunun Atakişili kənd sakini İlkin Əhmədovun sözlərinə görə verilən suyun təzyiqi aşağı düşdüyü üçüno sayğacın filtirini təmizləmək qərarına gəlib.

Hadisə şahidləri bildirir ki, qurdların sayından və həcmindən heyrətə gəliblər. Buna görə onlar istifadə etdikləri suyun nə dərəcədə təmiz olmasına da şübhə edirlər.

Məsələ ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, vətəndaş sayğacın möhürünü sındırıb müdaxilə etdiyi üçün öz əməlini ört basdır etmək isətyir.bu böhtandır. xlorlu suda heç bir halda bu ölçüdə qurların yaşaması mümkün deyil.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR