Dövlət xidməti nəzarət tədbirlərini davam etdirir

Dövlət xidməti nəzarət tədbirlərini davam etdirir
18:23 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, monitorinq zamanı Bakının Suraxanı, Nizami, Nəsimi, Nərimanov, Xətai rayonlarında və Gəncə, Qazax, Xırdalan, Qobustan, Hacıqabul, Kürdəmir, Bərdə, Quba, Xaçmaz, Masallı, Qax, Qəbələ, Ağdam şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_xidmeti_nezaret_tedbirlerini_davam_etdirir-849145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR