Play Store

Azərbaycan nümayəndə heyəti Cakartada keçirilən Asiya-Afrika sammitinə qatılıb - FOTO

Azərbaycan nümayəndə heyəti Cakartada keçirilən Asiya-Afrika sammitinə qatılıb - FOTO
17:27 23 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:20 ]

Bakı-APA. Aprelin 22-23-də İndoneziyanın paytaxtı Cakarta şəhərində sayca üçüncü Asiya-Afrika sammiti keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Asiya və Afrika qitələrinin yüzə yaxın dövlətinin iştirak etdiyi sammitdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Sammitdə Afrika və Asiya qitələrində sülh, təhlükəsizlik və rifahın bərqərar olunması, bu iki qitə arasında təsisatlanmış tərəfdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilib.
 

Sammitdə çıxış edən Yaqub Eyyubov Azərbaycanın Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini bildirərək, bu iki qitə arasında tərəfdaşlığın gücləndirilməsinə dəstək ifadə edib. O, Azərbaycanın Asiya və Afrikada sülh və inkişafa verdiyi töhfələr barədə danışıb, Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində geniş məlumat verib.


Baş nazirin müavini sammit zamanı Fələstinin baş naziri Rami Hamdallahın təşəbbüsü ilə onunla görüşüb, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıb.


Sonda iştirakçı dövlətlər sammitin yekun sənədlərini qəbul edib. İştirakçı dövlətlər  sənədlərdə dünyada sülh və rifah naminə Asiya və Afrika qitələri arasında tərəfdaşlığın gücləndirilməsi məqsədinə sadiqliklərini bildirib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR