Play Store

Azərbaycanın AŞ PA-da nüfuzu artır

Azərbaycanın AŞ PA-da nüfuzu artır
17:28 23 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Elçin Hüseynov/

Milli Məclisin iki üzvünün eyni vaxtda AŞ PA-nın baş məruzəçisi vəzifəsinə seçilməsi bu təşkilatda Azərbaycan nümayəndə heyətinə əlavə siyasi çəki verir. Bunu Trend-ə açıqlamasında AŞ PA-nın uşaq məsələləri üzrə yeni baş məruzəçisi, azərbaycanlı deputat Sevinc Fətəliyeva deyib.

O bildirib ki, bu təyinatlar Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti üçün həm siyasi çəkinin artması, həm də xeyli məsuliyyət deməkdir.

AŞ PA-nın Strasburqda keçirilən sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini S.Fətəliyeva AŞ PA-nın uşaq məsələləri üzrə baş məruzəçisi seçilib. Digər azərbaycanlı deputat Sahibə Qafarova isə AŞ PA-nın gender məsələləri üzrə baş məruzəçisi seçilib.

S.Fətəliyeva qeyd edib ki, onun yeni vəzifəsi uşaqlara qarşı zorakılıq, uşaq əməyinin istismarı, Avropada sosial və iqtisadi amillərin uşaqların həyatına təsiri barədə məsələlərin araşdırılmasını, diqqətə çatdırılmasını nəzərdə tutur: "Artıq dörd ildən çox müddətdə AŞ PA-da uşaqlara qarşı zorakılıqla mübarizə proqramı üzrə təmasda olan bir parlamentari kimi deyə bilərəm ki, Azərbaycan bu proqramda ən fəal ölkələrdəndir. Həmkarlarım mənim namizədliyimi dəstəklədilər. Bu, bizə əlavə etimad deməkdir və şübhəsiz ki, biz bu etimadı doğruldacağıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR