BSU-nun Məktəb-Lisey Kompleksində açıq qapı günü

BSU-nun Məktəb-Lisey Kompleksində açıq qapı günü
18:28 23 Aprel 2015
383 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) hər il olduğu kimi, bu il də açıq qapı günü keçirilib. Kompleksdə müxtəlif fənlər üzrə 14 açıq dərs təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, dərslər əsasən V-VII siniflərdə təşkil olunub. Dərslərdə bir çox ali və orta məktəb müəllimləri iştirak ediblər. Dinləmələrin sonunda dərslərin müzakirəsi keçirilib, təkliflər səsləndirilib. Qonaqlar MLK-da yeni təlim texnologiyaları və İKT-nin tətbiqi vəziyyətindən məmnunluqlarını bildiriblər.
Kompleksin direktoru, dosent İlahə Carçıyeva dərsləri aparan müəllimlərə, qonaqlara təşəkkürünü bildirib, Kompleksin müəllimlərinin universitetin müxtəlif tədbirlərində, açıq dərslərdə iştirakının faydasını qeyd edib. O, mart-aprel aylarında universitetin rektoru, professor Asif Hacıyevin təşəbbüsü ilə müəllimlərin VIII-XI siniflərdə dərs və müzakirələrinin, təqdimatlarının şagirdlər arasında canlanmaya səbəb olduğunu söyləyib.
Direktor ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən ənənəvi beynəlxalq konfrans və aprelin 30-da BSU-nun təşkilatçılığı ilə MLK bazasında keçiriləcək şagird-tələbə konfransı barədə məlumat verib. Qaçqın məktəblərin istedadlı şagirdlərinin elmi işlərinə rəhbərlik edən universitet əməkdaşlarına xüsusi minnətdarlığını bildirib.
Qeyd edək ki, Bakı Slavyan Universiteti Humanitar Liseyi 2000-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə 2010-cu ildən Bakıdakı 15 nömrəli tam orta məktəb bu liseyə birləşdirilərək BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BSU_nun_Mekteb_Lisey_Kompleksinde_achiq_qapi_gunu-849149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR