Azərbaycan nəşrləri Budapeşt Beynəlxalq Kitab Festivalında nümayiş olunur

17:32 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:26 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Budapeşt şəhərində keçirilən 22-ci Beynəlxalq Kitab Festivalında Azərbaycanda nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilir.

 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitab festivalında Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

 

Sərgidə Azərbaycan mədəniyyətinə, tarixinə, Dağlıq Qarabağ həqiqətlərinə, turizm potensialına və I Avropa Oyunlarına dair 200 adda ingilis, rus, ərəb dillərində nəşr məhsulları və səfirliyin dəstəyi ilə macar dilində çap olunmuş kitablar sərgilənir.

 

Sərgi çərçivəsində Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universitetinin “Humanitar elmlər” fakültəsinin Türkologiya bölməsinin tələbələri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib.

 

Görüşü fakültənin dekanı professor Rudolf Sardi, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edib.

 

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan - Macarıstan əlaqələri daha çox mədəniyyət, ədəbiyyat və təhsil sahəsində inkişaf edib.

 

Daha sonra Tərcümə Mərkəzinin “Tərcümənin keyfiyyətinə nəzarət şöbəsi”nin dil mütəxəssisi Cavidan Ağayev mərkəzinin fəaliyyəti barədə məruzə ilə çıxış edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR