Hava küləkli, yağıntılı olacaq

Hava küləkli, yağıntılı olacaq
18:36 23 Aprel 2015
41 Şou
Ölkə mətbuatı
A- A+

Bu gündən başlayaraq aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olunması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR