Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppası Türkiyədən festivaldan qayıdıb. Kollektiv İzmirdə Menemen bələdiyəsinin təşkilatçılıqı ilə keçirilən Beynəlxalq teatr festivalında iştirak edib.
Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, Sumqayıt teatrı festivala Əziz Nesinin "Öldür məni can-ciyər” tamaşası ilə qatılıb. Əziz Nesin əslən izmirli olduğundan tamaşa ədibin yurdunda xüsusi maraqla qarşılanıb. Əsasən, Türkiyənin bələdiyyə teatrlarının iştirak etdiyi festivalda müxtəlif üslublu tamaşalar göstərilib.
Festivalda nümayiş etdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmovdur. Rolları əməkdar artistlər İlahə Səfərova, Növrəstə Həşimova və aktyor Mətləb Səfərli canlandırıblar.