Qəbul imtahanına 2 ay qalır. Hazırda ixtisas seçimi mərhələsidir. TTV (Region TV) xəbər verir ki, cəbhə kəndlərindəki abituriyentlərin ixtisas seçiminə yaşadıqları ərazinin təsiri böyükdür.
Tovuzun Hacıallı kəndindəki orta məktəb şagirdlərindən kimi pilot, kimi iqtisadçı, kimi də kimyaçı olmaq istəyir. Dəyişməyən yeganə istəkləri isə vətənə xidmət etməkdir.
Tovuzun Hacıallı kəndindəki orta məktəb şagirdlərindən kimi pilot, kimi iqtisadçı, kimi də kimyaçı olmaq istəyir. Dəyişməyən yeganə istəkləri isə vətənə xidmət etməkdir.
Cəbhə kəndində yaşayan bu yeniyetmələri hamı qəhrəman uşaqlar deyə çağırır. Düşmən gülləsinin altında hər gün məktəbə gəlmək, axşamlar şam işığında dərs oxumaq çətin olsa da, bu, onlara, sanki, mane olmur. Deyirlər ki, artıq öyrəşmişik.
Aysel deyir ki, düşmənlərimizin istəyi bizi qorxutmaq, oxumağımıza mane olmaqdır. Bunu anladığı üçün işığın sönməsinə, güllə səsinə məhəl qoymur. Deyir ki, ucadan oxuyuram, ancaq öz səsimi eşidirəm. Pilot olmaq üçün hazırlaşan Orxan isə istəyir ki, gələcək nəsil onlar kimi əziyyət çəkməsin.
Bu şagirdlərə qəhrəman uşaqlar deyən Kəmalə müəllim Orxanın və yoldaşlarının layiqli vətəndaş olacağından əmindir.
Tovuzun Hacıallı kəndi, kənddəki bu məktəb mütəmadi olaraq atəşə məruz qalır və hər kəs bu uşaqlara böyük ümidlə baxır. Məktəbdə müəllimləri, evdə isə valideynləri onlara bunu öyrədir – "Oxuyun, kəndimiz üçün, vətənimiz üçün layiqli övlad olun!"Milli.Az