“Bakı-2015” birinci Avropa Oyunları Böyük Britaniyanın “BT Sport” televiziya kanalı ilə yayım müqaviləsi imzalayıb

18:48 23 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları Böyük Britaniyanın “BT Sport” televiziya kanalı ilə yayım müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015”in yayımını “BT Sport” özünün üç idman kanalı, “BT Sport Extra” və rəqəmsal platformalar vasitəsilə təmin edəcək.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, “BT Sport” və Avropa Oyunları arasında mükəmməl uyğunluq var. “BT Sport”un Britaniya yayım məkanında özünəməxsus yeri var. “Bakı-2015” isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq əhəmiyyətli tədbirdir. “BT Sport” artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərir. Biz “BT Sport”un ilk Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından məmnunluğumuzu bildiririk.
Beləliklə, “Bakı-2015”in yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşək. Bundan əvvəl isə ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də Avropanın digər televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_birinci_Avropa_Oyunlari_Boyuk_Britaniyanin_BT_Sport_televiziya_kanali_ile_yayim_muqavilesi_imzalayib-849168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR