[ 23 Aprel 2015 18:45 ]
Bakı – APA. “Moskvada BMT baş katibi Pan Gi Munun 9 May Qələbə günü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcəyini gözləyirlər”.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.
O həmçinin bildirib ki, bayram tədbirlərində UNESCO-nun baş direktoru İrina Bokovanın iştirakı da gözlənilir.