Azərbaycanda qeyri-adi hadisə - FOTO

Azərbaycanda qeyri-adi hadisə - FOTO
09:05 13 Yanvar 2015
384 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda inək ikibaşılı buzov doğub. Anspress-in verdiyi məlumata görə, anormal doğulan inək balası cəmi bir neçə dəqiqə yaşayıb.

Qeyri-adi hadisə rayonun Sabirabad kəndində Şahbazov Zahirin təsərrüfatında baş verib. Kəndlinin təsərüfatınadakı inəklərdən birinin ikibaşlı buzov doğması görənlərin təəccübünə səbəb olub. 7 ayağı və 2 quyruğu olan inək balası doğulduqdan bir neçə dəqiqə sonra ölüb. İnək balasının qeyri-adiliyi bununla bitmir. Belə ki, onun iki başı olsa da 3 bədəni var, eləcə də onun cinsiyyəti məlum deyil. Buzovun doğulması düz bir gün çəkib. Son anda heyvanın sahibi inəyin tələf olacağından ehtiyatlanaraq baytar həkim cağırmaq məcburiyyətində qalıb.

Baytar həkimin sözlərinə görə, buzovun doğuş prosesinə vaxtında müdaxilə olunsaydı, onu müəyyən müddətə kimi sağ saxlamaq mükün olardı.

Zahir Şahbazov deyir ki, anormal buzov doğan inək bundan öncə 3 bala verib və onların hamısı sağlam doğulub. Bu onun təsərrüfatında baş verən ilk qeyri-adi hadisədir. Mütəxəssislərin fikrincə, dölün belə anormal inkişaf etməsi əksər halda heyvanların öz törəmələrindən olan əks-cinslə cütləşməsindən yaranır. Əksər halda bu kimi anormal bala ya ölü döğulur, ya da çox az yaşadıqdan sonra tələf olur.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR