Qazax və Goranboy rayonlarında sahibkarlar treninqlərə cəlb olunub

Qazax və Goranboy rayonlarında sahibkarlar treninqlərə cəlb olunub
18:53 23 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rayon nümayəndəliklərinin təşkilatçılığı ilə Qazaxda və Goranboyda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması mövzularına həsr olunmuş treninqlərdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, biznes planların tərtib edilməsi barədə ətraflı bəhs olunub.
Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_ve_Goranboy_rayonlarinda_sahibkarlar_treninqlere_celb_olunub-849171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR