Masallıda Ümumdünya Kitab və Müəllifik Hüququ Günü qeyd olunub

Masallıda Ümumdünya Kitab və Müəllifik Hüququ Günü qeyd olunub
18:53 23 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 23 aprel, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində 23 aprel - Ümumdünya Kitab və Müəllifik Hüququ Gününə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da mədəniyyət və təhsil işçiləri, rayonun ziyalıları, yazarlar, gənclərin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər kitabın insan həyatındakı rolundan, müəlliflik hüququnun mədəni irsimizin qorunub saxlanılmasındakı əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. Bu yöndə keçirilən tədbirlər gənclərimiz arasında kitaba olan marağı daha da artıracaq. Kitabın gənclərin intellektual səviyyəsinin inkişafında, nitq mədəniyyətinin formalaşmasında, onların təxəyyülünün genişləndirilməsində rolu böyükdür.
Tədbirin sonunda iştirakçılar Gənclər Mərkəzində yerləşən kitabxanada kitablarla tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_Umumdunya_Kitab_ve_Muellifik_Huququ_Gunu_qeyd_olunub-849170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR