Bakıda “Oxu günü” festivalı keçiriləcək

Bakıda “Oxu günü” festivalı keçiriləcək
18:57 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:49 ]


Bakı. Cavid Zeynallı – APA. Mütaliəyə diqqətin artırılması məqsədilə aprelin 25-də “Oxu günü” festivalı keçiriləcək. APA-nın məlumatına görə, tədbir Binəqədi rayon Heydər Əliyev istirahət parkında baş tutacaq.

 

“Oxu günü”ndə oxucular endirimli kitab aksiyasından yararlana biləcək, “Gəlin birgə oxuyaq” fləşmobu keçiriləcək.

 

Layihənin ideya müəllifi və rəhbəri dosent Şəmil Sadiqdir.

 

Təhsli Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti və Hədəf Nəşrləri MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Binəqədi rayon gənclər və İdman İdarəsi, Binəqədi rayon YAP Gənclər Birliyi, Medikal Hospital, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi,  İctimai Televiziya və Radio Yayımları Şirkəti, Senet.az ədəbiyyat və sənət dərgisi kimi təşkilatlar da dəstək verir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR