Azərbaycan prezidenti Bakıdakı 20 nömrəli məktəbin yeni binasının tikintisinə 10 milyon manat ayırıb

18:57 23 Aprel 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 18:49 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR