Play Store

Nizami rayonunda həndbol yarışı keçirilib

Nizami rayonunda həndbol yarışı keçirilib
17:58 23 Aprel 2015
182 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, rayon gənclər və idman idarəsi tərəfindən məktəblilər arasında həndbol yarışı keçirilib.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, rayonun 20 məktəbinin iştirak etdiyi yarışda komandalar Olimpiya sistemi üzrə birincilik uğrunda mübarizə aparıb. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən 214, 32 və 145 nömrəli orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.
Sonra ikinci və üçüncü yerlərin sahiblərinə medallar və diplomlar təqdim edilib.
Turnirdə qalib gələn komanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_rayonunda_hendbol_yarisi_kechirilib-849172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR