"Qarabağ"ın ulduzuna böyük şok

"Qarabağ"ın ulduzuna böyük şok
19:01 23 Aprel 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının ən bahalı futbolçusu Danilo Diasın dəyəri sürətlə azalır.

ANS PRESS-in məlumatına görə, braziliyalı forvardın qiyməti son 15 gündə 1,3 milyon avro ucuzlaşıb.

Belə ki, "Transfermarkt"ın ötən aykı siyahısında Daniloya 2,5 milyon avro qiymət qoyulmuşdu. Bununla da o, Premyer Liqanın ən bahalı futbolçusu adını qazanmışdı.

"Transfermarkt" bu günlərdə futbolçuların transfer qiymətini yeniləyib və Diasa 1,2 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Dias zədə səbəbindən bu mövsüm Premyer Liqa və kubkda cəmi 6 oyun keçirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=339962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR