Bakıda "kino": polisin əlinə keçməmək üçün özünü bıçaqladı - FOTO

Bakıda "kino": polisin əlinə keçməmək üçün özünü bıçaqladı - FOTO
09:05 13 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında paytaxtın Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb.
 
37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi  axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqulular  kəndində   həmyerlisi  Asif Məmmədzadəni  xuliqanlıq zəminində  bıçaqladığı  üçün axtarışda olan  23  yaşlı  Pərviz  Mirzəyevi  “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.
 
Bölmənin əməkdaşları cinayət törətdiyinə görə bir il axtarışda  olan  Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR