İlin birinci rübündə Göyçayda sənaye məhsulunun 60,5 faizi qeyri-dövlət bölməsində istehsal olunub

İlin birinci rübündə Göyçayda sənaye məhsulunun 60,5 faizi qeyri-dövlət bölməsində istehsal olunub
19:13 23 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 23 aprel, AZƏRTAC
Göyçay rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda birinci rübdə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, hesabat dövründə rayonda ümumi məhsul istehsalı 2014-cü ilin müvafiq dövrünə nisbətən 1,5 faiz və ya 659,2 min manat artaraq 44589,6 min manata çatıb. Ötən müddətdə 3,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 60,5 faizi qeyri-dövlət bölməsinin payına düşür. 2015-ci ilin birinci rübündə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10076,8 min manat vəsait yönəldilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Rayonun tikinti təşkilatları tərəfindən keçən ilin birinci rübünə nisbətən 10,3 min manat çox inşaat işləri görülüb. Əmtəə dövriyyəsi 6,6 faiz, pullu xidmətlərin həcmi 3,2 faiz artıb.
Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Bığır, Mırtı, Alıkənd, Türkmən və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işlərinə başlanılıb. Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb. Rüb ərzində şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri aparılıb. N.Nərimanov, Atatürk, Füzuli, Qantəmir, R.İsayev, Sabir, M.Muradov, Bakı, Ü.Hacıbəyov küçələrinə yeni asfalt örtüyü döşənib və bu işlər davam etdirilir.
Bildirilib ki, 2015-ci ilin birinci rübündə Göyçayda 219 yeni iş yeri açılıb. Bütövlükdə 2003-2014-cü illərdə rayonda 10482 yeni iş yeri açılıb ki, bunun da 8438-i və ya 80,5 faizi daimi iş yerləridir.
Hesabat dövründə rayon əhalisini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması, Qızılağac kəndində həkim məntəqəsinin tikintisi işləri aparılıb. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb, rayonun Şıxbəy, Məlikkənd, Şıxəmir, Şahsoltanlı və Yekəxana kəndlərində əhalinin təbii qazla təminatı üçün tədbirlər davam etdirilib, bir çox kəndlərin təbii qazla təminatının bərpa edilməsi üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Yığıncaqda nailiyyətlərlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb, onların həlli yolları müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_birinci_rubunde_Goychayda_senaye_mehsulunun_605_faizi_qeyri_dovlet_bolmesinde_istehsal_olunub-849179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR