Vəhabi kral orduya "vur" əmri verdi

Vəhabi kral orduya "vur" əmri verdi
19:16 23 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin koalisiyası Yəmənə qarşı yeni əməliyyata başlayıb.

ANS PRESS-in məlumatına görə, Ər-Riyad rəhbərliyi “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarına qarşı həyata keçirilən “Qətiyyət tufanı” əməliyyatının başa çatmasından sonra “Ümidə dönüş” adlı yeni əməliyyata başladığını açıqlayıb.

Ərəb ölkələrinin koalisiya komandanlığının generalı Əhməd Əsiri bu əməliyyatın əsas hədəfinin husilərin hakimiyyətinə son qoymaq olduğunu dolayısı ilə qeyd edib: "Əsas hədəfimiz dinc əhalinin qorunması, terrorla mübarizə və siyasi prosesin bərpasının dayandığını bəyan edib. Əməliyyat özündə həm siyasi-diplomatik, həm də hərbi xarakterli tədbirləri birləşdirəcək".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=339982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR