​Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb

​Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb
19:17 23 Aprel 2015
348 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb. 
"Report"un verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü Tovuz rayonunun Qəribli kənd sakini Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs kimi saxlanılıb. 
Gəncə Şəhər Baş Polis İdarəsinə aparılan C.Hacıyevin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə aşkarlanıb. 5 uşaq atası Cavad Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib. 
Faktla Bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/tovuz-rayon-sakini-gencede-narkotik-vasite

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR