Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransında Azərbaycan da təmsil olunur

Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransında Azərbaycan da təmsil olunur
19:18 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində krallığın Namür şəhərində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı öz işinə başlayıb.
“Namür Expo” mərkəzində keçirilən tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransın plenar açılış toplantısında Avropa Şurasının Demokratiya üzrə baş direktoru, xanım Snezena Samardzic-Markovic və Yerli və Regional Hökumətləri Konqresinin vitse-prezidenti xanım Juliana Hoxha, Beynəlxalq Qeyri-Hökumət təşkilatlarının Təhsil və Mədəniyyət Komitəsinin prezidenti xanım Sabine Rohmann, İnkişaf Bankının vitse-idarəçisi Apolonio Ruiz Ligero, Belçika Krallığının Valoniya hökumətinin vitse-prezidenti və irs naziri, Namür şəhərinin meri Maxime Prevot çıxışlar ediblər.
Qeyd edək ki, konfransın əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılmasıdır. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə deklarasiyanın qəbul edilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Surasinin_irs_meseleleri_uzre_mesul_nazirlerinin_konfransinda_Azerbaycan_da_temsil_olunur-849180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR