Erməni baş nazirdən şok etiraf

Erməni baş nazirdən şok etiraf
19:21 23 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Ovik Abramyan beynəlxalq ictimaiyyəti müasir dünyada soyqırım ifadəsini işlətməməkdə günahlandırıb, buna qarşı təsirli mexanizmlərə malik olmadıqlarını söyləyib.

ANS PRESS-in məlumatına görə, o, İrəvanda keçirilən "Soyqırım cinayətinə qarşı" qlobal ictimai-siyasi forumun iştirakçılarının şərəfinə rəsmi şam yeməyi verərkən onları türklərin vaxtilə "erməni soyqırımı" törətməsinə inandırmaq üçün dəridən-qabıqdan çıxıb.

Erməniləri yezitlərə bənzədən baş nazir deyib ki, biz keçən il yezitlərin talanlarının şahidi olduq. İnsanları milli və dini ləvazimat üçün öldürürdülər. Yezit qaçqınlar ermənilərin vaxtilə üzləşdiyi dəhşətli yol üzrə getdilər. Biz belə hadisələrin qarşısının alınması mexanizmlərinə malik deyilik. İndiki reallıq budur ki, müasir dünyada davranışda, hərəkətdə zorakılıq, həyasızlıq edənlər üçün gələcəyin qapıları bağlanıb. Bu, bizə də aiddir.

O.Abraamyan şam yeməyində 100 qram vurandan sonra türklərdən necə qorxduqlarından danışıb: "Bizim türklərdən tarixən qorxumuz var. Müasir Türkiyədə "erməni" sözü təhqir kimi istifadə olunur. Türkiyə yeganə ölkədir ki, orada yaşayan ermənilər soyadlarını daşımırlar. Buna səbəb qorxudur. Mən 1915-ci ildəki Türkiyə haqqında yox, 2015-ci ildəki Türkiyədən danışıram. Hətta bu gün insanlar öz erməni adlarını və soyadları bərpa etməyə qorxurlar."

Doğrudan da, bu, qapılarının bağlandığını görən, türklərdən qorxduqlarını etiraf edən O.Abraamyanın əsl ürək sözləri idi. Həqiqətən də ermənilərin təkcə qapısı yox, kitabı da bağlanıb. Çünki çürük fikirlərlə, absurd xəyallarla yaşamaq, tarixi faktları saxtlaşdırmaqla özlərini məzlum göstərmək, qondarma soyqırıma məruz qalmaq taktikası baş tutmur. Nəhayət, yüz ildir türk millətçiləri "erməni soyqırımı"nda, erməni xalqını məhv etməkdə, erməniləri zəiflətməkdə günahlandıran məzlumlar indi nala-mıxa vurur, nəticəsi toz olan bir kəpənəyin qanadına ilişıb yıxılırlar...
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=339924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR