Rus çarlarının qəzəbinə tuş gələn molokanlar

Rus çarlarının qəzəbinə tuş gələn molokanlar
19:27 23 Aprel 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda molokanların kompakt məskunlaşdığı yerlərdən biri də Xızı rayonunun Altıağac qəsəbəsidir. Onların bu əraziyə gəlməsi XVIII əsrin ortalarına təsadüf edir. O dövrdə 300-ə yaxın ailənin məskunlaşdığı Altıağacda indi 10 molokan ailəsi var.

RTV (Region TV) xəbər verir ki, 1926-cı ildə Altıağacda dünyaya gələn Antonina Dudkina etnik xalqın buradakı ən yaşlı nümayəndəsidir. 15 ildir həyat yoldaşını itirən Antonina Dudkinanın 3 övladı var. Onların hamısı Rusiyada yaşayır. Yaşının çox olmasına baxmayaraq o, bütün təsərrüfat işlərini özü görür. Molokanlar tarixi ənənələrinə sadiqliyi ilə seçilir. Altıağacda onlar hər bazar günü sitayiş etmək üçün ibadət yerlərinə yığışırlar. Yaşadıqları evlərin tikiliş forması da maraqlıdır. Ağacdan inşa olunan bu yaşayış yerlərinin damı kərpiclə hörülür.
 
Molokanlar provaslav kilsəsinin əleyhinə çıxdıqları üçün Rus çariçası II Yekaterina tərəfindən sürgün ediliblər. Azərbaycanda molokanlar Xızı ilə yanaşı Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy rayonlarının ərazisində məskunlaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR