Azərbaycan III Asiya-Afrika sammitində təmsil olunub

Azərbaycan III Asiya-Afrika sammitində təmsil olunub
18:28 23 Aprel 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

22-23 aprel 2015-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində sayca üçüncü Asiya-Afrika sammiti keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Asiya və Afrika qitələrinin yüzə yaxın dövlətinin iştirak etdiyi sammitdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sammitdə Afrika və Asiya qitələrində sülh, təhlükəsizlik və rifahın bərqərar olunması, eləcə də bu iki qitə arasında təsisatlanmış tərəfdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Y.Eyyubov sammitdə çıxış edib. O, çıxışında Azərbaycanın Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini bildirərək, bu iki qitə arasında tərəfdaşlığın gücləndirilməsinə dəstək ifadə edib və Azərbaycanın Asiya və Afrikada sülh və inkişafa verdiyi töhfələr barədə danışıb. Baş nazirin müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində geniş məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri sammit zamanı Fələstinin Baş naziri Rami Hamdallah ilə qarşı tərəfin təşəbbüsü ilə ikitərəfli görüş keçirib və qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıb.

Sonda iştirakçı dövlətlər sammitin yekun sənədlərini qəbul ediblər. İştirakçı dövlətlər bu sənədlərdə dünyada sülh və rifah naminə Asiya və Afrika qitələri arasında tərəfdaşlığın gücləndirilməsi məqsədinə sadiqliklərini bəyan ediblər. Dövlət və hökumət başçıları, həmçinin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliklərinə hörmət əsasında beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına dəstəklərini ifadə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR