Strasburq Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

19:28 23 Aprel 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 23 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) yaz sessiyası ilə əlaqədar Strasburqda səfərdə olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov aprelin 23-də Strasburq Universitetinin rektoru Alen Peretzlə görüşüb.
S.Seyidov görüş barədə AZƏRTAC-a müsahibəsində bildirib ki, Strasburq Universiteti ADU ilə uzun illərdir çox sıx əməkdaşlıq edir. Bu yaxınlarda Strasburq Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdi. Təhsil naziri ilə görüşlər zamanı gələcək fəaliyyət, əməkdaşlıq, tələbə mübadiləsi, birgə layihələr barədə geniş müzakirələr aparılıb. Nümayəndə heyəti ölkənin müxtəlif ali məktəblərində, o cümlədən Azərbaycan Dillər Universitetində olub.
ADU-nun rektoru vurğulayıb ki, Strasburq Universiteti ilə əlaqələrimiz bundan sonra daha yüksək səviyyədə inkişaf etdiriləcək. Məhz buna görə də AŞPA-nın yaz sessiyası çərçivəsində Strasburq Universitetinin rektoru və bir sıra əməkdaşlarının iştirakı ilə səmərəli işçi görüşümüz oldu. Görüşgə hər iki universitet arasında yeni proqramlar barədə konkret fikir mübadiləsi apardıq. Fransız dilinin təkmilləşdirilməsi, universitetdə beynəlxalq münasibətlər ixtisası üzrə Strasburq Universitetinin beynəlxalq münasibətlər proqramının geniş şəkildə tətbiq olunması, magistura pilləsinin islahatları, bekolizasiya proqramı, karib klublarının birgə tərtibi istiqamətində geniş müzakirələr keçirdik. Razılaşdıq ki, hər iki ali təhsil ocağı arasında münasibətlər yalnız bu iki universitet arasında məhdudlaşmayacaq. Münasibətlərimiz Gəncə, Lənkəran, Naxçıvan unuverstetlərində həm fransız dilinin tədrisi ilə bağlı, həm də ümumiyyətlə bu ali məktəblərin Strasburq Universiteti ilə əlaqələrinə kömək və dəstək göstərilməsi istiqamətində görüləcək işləri əhatə edəcək.
S.Seyidov qeyd edib ki, biz universitetlərarası konsorsiumin yaradımasını istərdik. Bu barədə də fikir mübadiləsi apardıq. Yaxın günlərdə Strasburq Universitetinin prorektorlarından və müəllimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Dillər Universitetinə səfəri, uzun müddət bu ali məktəbdə çalışmaları qərara alınıb. Sonda isə ən müasir, dünya standartlarına cavab verən tədris proqramlarını təsdiq edəcəyik və Təhsil Nazirliyinin razılığı ilə bütün bunları 2015-2016-cı tədris ilindən həyata keçirməyə başlayacağıq.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Strasburq_Universiteti_ile_Azerbaycan_Diller_Universiteti_arasinda_emekdasligin_perspektivleri_muzakire_olunub-849186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR