Reynaldonun qiyməti artdı - 1 milyon

Reynaldonun qiyməti artdı - 1 milyon
19:31 23 Aprel 2015
208 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın ulduz futbolçusu Reynaldo Silvanın qiyməti qalхıb.

ANS PRESS-in məlumatına görə, "Transfermarkt" braziliyalı futbolçunun dəyərinə 300 min avro əlavə edib.

Belə ki, ötən ay 700 min avro qiymət qoyulan Reynaldonun yenilənən yeni siyahıdakı ümumi dəyəri 1 milyon avrodur.

Mətbuata verdiyi müsahibələrində 26 yaşlı yarımmüdafiəçi "Qarabağ" da özünü xoşbəxt hiss etdiyini qeyd edir.

Reynaldo hazırda şərəfini qoruduğu “Qarabağ”ı tərk etmək niyyətində olmadığını bildirib: “Mən “Qarabağ”da xoşbəxtəm. Başqa klub haqda düşünmürəm”.

Qeyd edək ki, Reynaldo “Qarabağ”a 2013-cü ilin iyununda transfer olunub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=339961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR